BAKI, 6 sentyabr. TELEQRAF

Azərbaycan millisi airbadminton üzrə Avropa çempionatında ikinci olub.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Avropa Oyunları Parkında keçirilən final qarşılaşmasında Azərbaycan və Almaniya milliləri qarşlaşıb.

Rəqibinə 49:60 hesabı ilə məğlub olan yığmamız Avropa çempionatında ikinci olub.

***
18:55

Bu gün Avropa Oyunları Parkında Airbadminton üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

Teleqraf xəbər verir ki, yarımfinalda Bolqarıstan seçmə kollektivinə 60:43 hesabı ilə qalib gələn Azərbaycan millisi finala yüksəlib.

Komandamız həlledici qarşılaşmada Almaniya yığması ilə qarşılaşacaq. Final qarşılaşması bu gün saat 20:30-da başlayacaq.