BAKI, 1 sentyabr. TELEQRAF

4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək idmançıların siyahısı müəyyənləşib.

Teleqraf federasiyanın rəsmi saytlna istinadən xəbər verir ki, Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçulara gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.

Oğlanlar

-60 kq
Nihad Məmişov
Fərid Qarayev

-66 kq
Məhəmməd Musayev
Nizami İmranov

-73 kq
Əbil Yusubov

-81 kq
Süleyman Şükürov

-90 kq
Aslan Kotsoyev

-100 kq
Davud Namazlı

+100 kq
Ramazan Əhmədov

Qızlar

-48 kq
Fəridə Mirzəyeva

-52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva

+78 kq
Nigar Süleymanova

Qarışıq komanda yarışı

-63 kq
Nilgün Rzayeva