37 yaşlı serb tennisçi Novak Cokoviç Avstraliya Açıq çempionatının ikinci mərhələsinə yüksəlib.

Teleqraf.com xəbər verir ki, o, ilk turdakı qarşılaşmada ABŞ təmsilçisi Nişeş Basavareddiyə qalib gəlib.

2 saat 57 dəqiqə davam edən görüş 4:6, 6:3, 6:4, 6:2 hesabı ilə başa çatıb.

İkinci turda titullu serb açılış oyununda rusiyalı Pavel Kotovu məğlub edən portuqaliyalı Ceymi Fariya ilə qarşılaşacaq - 6:1, 6:1, 7:5.

Yanvarın 12-də Avstraliya Açıq çempionatına start verilib. Turnir yanvarın 26-dək davam edəcək.