Macarıstan və İsveçrə yığmalarının görüşü başa çatdı.

Teleqraf.com xəbər verir ki, oyunun sonlarına yaxın isveçlər daha bir qola imza atdılar.

Bu dəfə İsveçrə komandasında Brel Embolo fərqləndi.

Oyun 3:1 hesabı ilə İsveçrə komandasının xeyrinə başa çatdı.

***

18:27

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə bu dəfə macarlar fərqlənib.

Teleqraf.com xəbər verir ki, 66-cı dəqiqədə Macarıstan komandasından Varqa hesab arasındakı fərqi azaldır.

***

17: 49

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci qol vurulub.

Teleqraf.com xəbər verir ki, Mişel Ebişer 45-ci dəqiqədə macarları növbəti dəfə oyuna mərləzdən başlamağa məcbur edib.

Bu qol ilk hissənin yekun nəticəsini təyin edib - 0:2.

***

17:17

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

Teleqraf.com xəbər verir ki, A qrupunun ikinci oyunda hesab açılıb.

Kvadvo Dua 14-cü dəqiqədə isveçrəliləri hesabda önə çıxarıb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

***

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

Teleqraf.com xəbər verir ki, A qrupunun ikinci oyunu saat 17:00-da start götürüb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.