Türkiyə Super Liqasında çempion bu gün müəyyənləşə bilər.

Teleqraf.com xəbər verir ki, əzəli rəqibi "Fənərbaxça" ilə yarışan lider "Qalatasaray" Ankaragücü ilə keçirilən oyunda çempionluğunu elan edə bilər.

"Fənərbaxça"nı 5 xal qabaqlayan sarı-qırmızılılar paytaxtdan 3 xalla ayrılacağı təqdirdə digər yarışların nəticəsindən asılı olmayaraq çempion olacaq.

Qalatasaray məğlub, Fənərbaxça qalib gələrsə, iyunun 4-də Nef Stadionunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisində çempionluq həll olunacaq.