BAKI, 9 dekabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.

Təyyar Bağırov hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxsin qardaşıdır.

Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.