BAKI, 16 aprel. TELEQRAF
Ermənistan sülh sazişi imzalanmadan da Azərbaycanla kommunikasiyaları açmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz Azərbaycan tərəfinə çox konstruktiv və qarşılıqlı şəkildə qəbul edilə bilən bir təklif vermişik. Əgər bu təklifə müsbət cavab verilsə, sülh sazişi imzalanmadan da dərhal kommunikasiyaların açılması prosesinə başlaya bilərik”, – o qeyd edib.