“İrəvan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə və onun sonrakı addım olan demarkasiyasiyaya başlamağa hazırdır və Azərbaycandan müsbət siqnallar gözləyir”.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O əlavə edib ki, İrəvanın mövqeyi bəllidir: “Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Zod-Xəznəvar sektorundan çıxarılması və iki ölkənin sərhəd qoşunlarının ora yerləşdirilməsi, bundan sonra delimitasiya prosesi başlayacaq. Noyabrın 10-na kimi heç bir şey planlaşdırılmır, ən azı hələlik”.
Qriqoryan qeyd edib ki, noyabrın 10-dan əvvəl baş verməli olduğu güman edilən bəzi proseslərlə bağlı məlumatların yayılması cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıyır.
Qriqoryan bildirib ki, işçi qrup bu gün prosesə haradan başlamaq və hansı xəritələri əsas götürmək barədə müzakirələr aparır”.