Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan İngiltərə Xarici İşlər Nazirliyinin Avropa və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortona zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı bir çox məsələləri müzakirə ediblər.

Mirzoyan bildirib ki, regionda davamlı sülh yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə tanınmış prinsiplər əsasında hərtərəfli həll yolu ilə əldə oluna bilər.

Vendi Morton erməni nazirin Azərbaycana qarşı digər təxribatçı açıqlamalarına onun istədiyi cavabı verməyib.

İngilis nazir Mirzoyana qısa cavab verib, Böyük Britaniyanın Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini bildirib.