BAKI, 3 fevral. TELEQRAF

Astara modul tipli Elektrik Stansiyasında (ES) istismara verildiyi tarixdən bu günədək 5,2 milyard kilovat saat elektrik enerjisi istehsal olunub.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi gücü 87 meqavat olan stansiya hər biri 8,7 meqavat gücündə 10 ədəd qaz porşen aqreqatından ibarətdir.

Qeyd edək ki, Astara ES 20 il əvvəl - 2006-cı il fevralın 3-də Astara rayonunun Ərcivan kəndində istismara verilib.