BAKI, 19 yanvar. TELEQRAF

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 10.65% dəyər qazanaraq 3.4334 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 2.11% artıb. Beləliklə, qazın meqavat-saatı 37.66 avro olub.