BAKI, 6 yanvar. TELEQRAF

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Teleqraf xəbər verir ki, "Azeri Light"ın bir bareli 1.68 ABŞ dolları və ya 2.62% artaraq 65.80 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları təşkil edib.