BAKI, 5 dekabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan energetika naziri Pərviz Şahbazov Daşkənddə keçirilən mərasimdə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni birgə layihələrin irəli sürülməsini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Neft-qaz sahəsində birgə layihələrin təşviqi, geoloji kəşfiyyatın inkişafı, yaşıl enerji və kimya sənayesi üzrə əməkdaşlığın gücləndirilməsi xüsusi vurğulanıb.
Görüşdə həmçinin enerji sektorunda strateji tərəfdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.