BAKI, 8 oktyabr. TELEQRAF

Azərbaycan və Türkiyə arasında "yaşıl enerji"nin ötürülməsi və bərpa olunan enerji mənbələrinin inteqrasiyası sahəsində əməkdaşlıq daha da gücləndiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.

Sənəddə qeyd olunur ki, tərəflər "yaşıl elektrik"in ötürülməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsini və bu sahədə əməkdaşlığın genişləndirilməsini davam etdirəcəklər.