BAKI, 3 oktyabr. TELEQRAF
Zəngilanda Oxçuçay çayı üzərində tikilən basqılı derivasiya tipli "Sarıqışlaq" Kiçik Su Elektrik Stansiyasında istismara verildiyi tarixdən bugünədək 24,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, stansiya 2024-cü ilin 3 oktyabr tarixində istismara verilib.
Stansiya ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.