BAKI, 18 sentyabr. TELEQRAF

2024-cü ildə respublika üzrə qazlaşdırılma səviyyəsi 96,51% olub. 2023-cü illə müqayisədə bu istiqamətdə çox cüzi – 0,5%-lik artım qeydə alınıb.

Teleqraf Dövlət Neft Şirkətinin (SOCAR) ötən il üzrə hesabatına istinadən xəbər verir ki, regionlarda isə qazlaşdırma səviyyəsi 94,49% olub. Bu göstərici üzrə artım 0,7% təşkil edib.

Cari ilin yanvarın 1-nə ümumilikdə 2 milyon 655 min 103 təbii qazdan istifadə edən abonent qeydə alınıb. Abonentlərin 2 milyon 609 min 783-ü əhali, 45 min 320-si isə qeyri-əhali kateqoriyasına aiddir.

Qeyd edək ki, ümumi abonentlərin sayında 2,57% artım olub.