TBİLİSİ, 28 avqust. TELEQRAF
“SOCAR Georgia Gas” şirkəti Gürcüstanda daha 33 qaz kəməri alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstan hökumətinin qərarı ilə dövət mülkiyyətində olan qaz kəmərləri şirkətə 15,4 milyon lariyə (5,7 milyon ABŞ dolları) satılıb.
Tsxaltubo, Çxorotsku, Çiatura, Zestafoni, Xaşuri, Çoxatauri, Xaraquli, Ozurgeti, Zuqdidi və Duşeti rayonlarında yerləşən qaz kəmərlərinin “SOCAR Georgia Gas” şirkəti tərəfindən özəlləşdirilməsi prosesi 16 ilə hesablanıb. Şirkət Gürcüstan dövlətinə ödənişlərə 2032-ci ildən başlamalı, 2041-ci ilin sonunadək başa çatdırmalıdır.
Qeyd edək ki, “SOCAR Georgia Gas” ötən ilin dekabrında Gürcüstanın qərb rayonlarında 41 qaz kəmərini 19,8 milyon lariyə (7,3 milyon ABŞ dolları) satın alıb.
Xatırladaq ki, SOCAR şirkəti Gürcüstanın əsas qaz, nef və neft məhsulları tədarükçüsüdür. Onun törəmə “Socar Georgia Gas” şirkətinin Gürcüstanda əsas fəaliyyət istiqamətlərinə təbii qazın tədarükü və paylanılması, əhalinin mavi yanacaqla təminatı, qazpaylayıcı şəbəkələrin təmiri, bərpası və istismarı daxildir. Ötən il şirkətin abunəçilərinin sayı 870 min nəfər təşkil edib.