TBİLİSİ, 27 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 347 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilib.

İllik müqayisədə elektrik enerjisinin həcmi 4% artıb.

Hesabat dövründə Gürcüstan üzərindən Rusiyadan Türkiyəyə ötürülmüş elektrik enerjisinin həcmi isə ötən ilin eyni dövrünə nisbətdə 28% artaraq 76,5 milyon kilovatt/saat təşkil edib.

Gürcüstan vasitəsilə tranziti həyata keçirilmiş elektrik enerjisinin ümumi həcmi 422 milyon kilovatt/saata bərabər olub ki, bu da illik müqayisədə 8% çoxdur.