BAKI, 25 avqust. TELEQRAF

“Soyuqbulaq” kiçik su elektrik stansiyasında (KSES) indiyədək 42 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumi gücü 5,3 MVt olan və hər biri 2,65 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Soyuqbulaq” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 42 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” kiçik su elektrik stansiyası 2023-cü il avqustun 25-də istismara verilib.