BAKI, 15 iyul. TELEQRAF
2025-ci ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kilovat-saat, yəni 2,2% artaraq 13 849,3 milyon kilovat-saat olub.
Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu dövrdə İES-lərdə 11 519,2 milyon kilovat-saat, SES-lərdə 1 860 milyon kilovat-saat, digər mənbələr üzrə isə 470,1 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 21,0 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 314,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 milyon kilovat-saat artımla 2 330,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 709,9 milyon kilovat-saat, idxalı isə 81,1 milyon kilovat-saat olub.