BAKI, 26 iyun. TELEQRAF

Çinin “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında paylaşım edib.

Nazir Çində “China Datang Korporasiyası”nın sədri Lyu Jun ilə görüşüb.

“China Datang Overseas Investment Co. Ltd” ilə dənizdə külək enerjisinin inkişafı və günəş elektrik stansiyasının tikintisi layihələrinin icrasını müzakirə etdik," - Pərviz Şahbazov əlavə edib.