BAKI, 26 iyun. TELEQRAF
İstismara verildiyi tarixdən bu ilin iyun ayının 1-dək “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında (KSES) 42,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 3 il öncə 26 iyun tarixində Kəlbəcər rayonunun Lev çayı üzərində inşa olunan 4,4 MVt-lıq “Kəlbəcər-1” KSES istismara verilib.
"KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerji istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir," - məlumatda vurğulanıb.