BAKI, 4 iyun. TELEQRAF
Energetika naziri Pərviz Şahbazov Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yingming Yang ilə görüşüb.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
"Xəzər dənizində istehsal olunacaq külək enerjisinin ölkənin enerji sisteminə ötürülməsi və ixraca yönəldilməsi məqsədilə sahilboyu infrastrukturun yaradılması, yaşıl enerji dəhlizlərinin inkişafı, eləcə də təbii qaz layihələri üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik", - nazir əlavə edib.

