TBİLİSİ, 21 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 328,86 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilib.
Ötən ilin eyni dövrünə nisbətdə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi 12 dəfə artıb.
Hesabat dövründə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin ümumi həcmi 967,27 kilovatt/saat təşkil edib ki, bunun da 34%-i Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın Rusiyadan (580,02 milyon kilovatt/saat) sonra ikinci əsas elektrik enerjisi təminatçısı olub.
Bu ilin ilk dörd ayında Gürcüstan üzərindən Azərbaycandan Türkiyəyə 139,24 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edilib. Tranzit 20,45 milyon kilovatt/saat olmaqla mart və 118,79 kilovatt/saat olmaqla aprel ayında reallaşdırılıb.