BAKI, 14 aprel. TELEQRAF

Yanvar-mart aylarında Avropaya təxminən 3 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat verib.

Nazir qeyd edib ki, bu dövrdə TANAP-la Türkiyəyə 1,4 milyard kubmetr qaz nəql edilib.