
BAKI, 14 aprel. TELEQRAF
Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 6,9 milyon ton, ixraca nəql edilən həcmlər isə 5,7 milyon ton olub.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, ötən ay 12,6 milyard kubmetr qaz hasil edilib. 6 milyard kubmetr qaz isə ixrac olunub.