
BAKI, 19 mart. TELEQRAF
Energetika naziri Pərviz Şahbazov ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara ilə enerji əməkdaşlığının inkişafını müzakirə edib.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosil şəbəkə hesabında qeyd edib.
"Uzunmüddətli enerji tərəfdaşlığımızın genişləndirilməsi perspektivlərini, həmçinin Azərbaycanın iştirakı ilə müxtəlif marşrutlar, mənbələri əhatə edən Yaşıl Enerji interkonnektorları layihələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və regionlararası əlaqələrin gücləndirilməsini təşviq edən əhəmiyyətini dəyərləndirdik", - nazir əlavə edib.