BAKI, 14 mart. TELEQRAF

2025-ci ilin yanvar-fevral ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 4 milyon 864,8 min kilovat-saat olub.

Teleqraf xəbər verir ki, bu müddət ərzində İES-lərdə 4 354,3 milyon kilovat-saat, SES-lərdə 411,7 mln. kilovat-saat, digər mənbələr üzrə isə 98,8 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 5,8 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 54,9 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 38,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə su və günəş elektrik stansiyalarının enerji istehsalında 140,6 milyon kilovat-saat artım qeydə alınıb.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 milyon 353,6 min kilovat-saat (İES-lərdə 3 milyon 955,7 min kilovat-saat, SES-lərdə 397,9 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 milyon kilovat-saat (İES-lərdə 41,4 milyon kilovat-saat, SES-lərdə 12,3 milyon kilovat-saat, GES-də 7,6 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 445,8 milyon kilovat-saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 301,5 milyon kilovat-saat, idxalı isə 19,5 milyon kilovat-saat olub.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyon 374,0 min kilovat-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 146,1 milyon kilovat-saat, idxalı isə 8,4 milyon kilovat-saat təşkil edib.