BAKI, 14 fevral. TELEQRAF

Ümumi gücü 8 MVt olan basqılı derivasiya tipli “Güləbird” kiçik Su Elektrik Stansiyasında istismara verildiyi tarixdən 01 fevral tarixinədək 69,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Qeyd edək ki, 4 il əvvəl fevralın 14-də Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” kiçik Su Elektrik Stansiyası bərpadan sonra istifadəyə verilib.