BAKI, 8 sentyabr. TELEQRAF
Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start verilir.
Bu barədə Teleqraf - a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.