BAKI, 14 avqust, TELEQRAF
2025-ci ilin I yarısında 52 nəfərə filologiya, 32 nəfərə isə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
İqtisad elmləri üzrə 46, texnika elmləri üzrə 27, kimya üzrə 19 nəfər fəlsəfə doktoru olub.
Məlumata görə, fəlsəfə doktoru elmi dərəcəsi üzrə ən az elmi ad sosiologiya (1 nəfər), memarlıq (1 nəfər) və astronomiya sahəsində olub. Astronomiya sahəsi üzrə cəmi iki nəfər fəlsəfə doktorluğu qazanıb.
Elmi adın verilməsindən imtina isə ən çox filologiya sahəsində olub. Belə ki, bu sahə üzrə 23 nəfərə elmi ad verilməsindən imtina edilib.