BAKI, 1 avqust. TELEQRAF
"2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər 53 nəfər şəxsin tanınma üçün saxta diplom təqdim edib".
Bu barədə Teleqraf-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Agentliyin verdiyi məlumata görə imtina qərarı verilmiş 12 nəfər şəxsin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etdiyi də müəyyən edilib.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir. Agentlik öz fəaliyyəti ilə əlaqədar sahədə inzibati xəta əlamətləri aşkar etdikdə əldə etdiyi materialları hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilir.