BAKI, 10 iyul. TELEQRAF
Aparılan araşdırmalar Marsda uzun illər öncə rütubətin indikindən daha çox olduğunu ortaya qoyub. Alimlər Marsın dağlıq ərazilərində təxminən 10.000 mil (təxminən 16.000 km) uzunluğunda çay yatağının izlərini aşkarlayıblr.
Teleqraf xəbər verir ki, Marsda tədqiq olunan ərazi təxminən 10 milyon kvadrat kilometrlik bir ərazini əhatə edir.
Ehtimal olunur ki, izi aşkarlanan çay suyunun mənbəyi qar və digər yağıntılar olub.
Araşdırmalar planetdə 3,7 milyard il əvvəl suyun olduğunu deməyə imkan verir. Zaman keçdikcə Marsın maqnit sahəsi zəiflədiyi üçün günəş şüaları atmosfer qatını asanlıqla yarıb keçib. Bu da çayların qurumasına səbəb olub.
Elm adamları qırmızı planetin dərinliklərində hələ də böyük miqdarda suyun olduğuna inanırlar. 2025-ci ilin aprelində dərc edilən araşdırma Marsın buzlu qütblərindən kənarda dərin yeraltı su anbarlarının mövcud olduğunu göstərir.
Bu yeni tapıntılar keçmişdə Marsda həyat üçün lazım olan əlamətlərin varlığından xəbər verir.