BAKI, 9 may. TELEQRAF

Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının qalibləri elan edilib.

Bu barədə Teleqraf-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, şagirdlər 10 may saat 18:00-dan etibarən portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələrlə tanış ola bilərlər.