BAKI, 24 aprel. TELEQRAF
“İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişaf strategiyasına uyğun olaraq Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bərpası istiqamətində araşdırmalarımız davam edir”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib.
O bildirib ki, UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin vaxtilə Xocalıda filialı olub: “Həmin filial Ermənistan tərəfindən Xocalının işğalına qədər fəaliyyət göstərib. Yeni ixtisaslar, yeni tədris modeli əsasında UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin Xocalı filialının mümkün bərpası istiqamətində bu gün növbəti müzakirə apardıq”.