
BAKI, 9 aprel. TELEQRAF
“Heç bir ümumi təhsil müəssisəsində dövlət hesabına ingilis dilində tədris aparılmır".
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumatda, 132-134 nömrəli Təhsil Kompleksi və T.İsmayılov adına 6 saylı məktəb-liseydə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları çərçivəsində ödənişli əsaslarla ingilis dilində tədris aparıldığı qeyd olunub.