BAKI, 7 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşdən imtina etməsinin səbəbini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, görüşün baş tutmamasının əsl səbəbi kimi Ukraynada döyüşlərin davam etməsini göstərib.

"Əsas fikir ayrılığı ondan ibarətdir ki, onlar hələ də dayanmaq istəmirlər", - Tramp bildirib.

Bununla belə, Amerika lideri Moskva ilə Kiyev arasında münaqişənin yaxın gələcəkdə həll oluna biləcəyinə əminliyini ifadə edib.

Eyni zamanda Tramp qeyd edib ki, onun Vladimir Putinlə Macarıstanda görüşməsi üçün “çox yaxşı şans" var .

Oktyabrın 23-də ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan danışıqlarda iştirakdan imtinamedib. Ağ Ev rəhbəri görüşün “lazım olanı əldə etməyəcəyinə” inandığı üçün bu qərarı verib