BAKI, 2 dekabr. TELEQRAF

Azərbaycanın hüquq-mühafizə orqanının polkovniki İlqar Quliyev vəfat edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, o, 69 yaşında Bakıda infarktdan dünyasını dəyişib.

Ötən gün dünyasını dəyişən polkovnik İlqar Quliyev Göyçayda dəfn olunub.

Qeyd edək ki, İlqar Quliyev uzun illər idi hüquq-mühafizə orqanlarında xidmət edirdi.