BAKI, 25 iyun. TELEQRAF

Səlahiyyət müddəti bitən Səadət Rüstəmova yenidən Qobustan rayon prokuroru təyin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, S.Rüstəmova ikinci müddətə Qobustan rayon prokuroru vəzifəsində saxlanılıb.

O, birinci dəfə 2021-ci ildə həmin vəzifəyə təyinat alıb.