Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvləri ilə görüşündən qısa videoçarx yayılıb.
Teleqraf xəbər verir ki, görüntülər "Prezidentin "öz uşaqlarımızla" görüşü" sərlövhəsi altında yerləşdirilib.
Prezident oyunçularla bir-bir görüşüb.
Qeyd edək ki, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.