BAKI, 30 may. TELEQRAF

SOCAR-ın prezidenti Rövşən Nəcəf İranın neft nazirinin kommersiya məsələləri və beynəlxalq əlaqələr üzrə müavini Seyid Əli Məhəmməd Musəvi ilə görüşüb.

Teleqraf SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib, bu xüsusda, SOCAR ilə İran şirkətləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.