BAKI, 1 may. TELEQRAF
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” ASC-nin sədri təyin edilib.
Qeyd edək ki, o, 2022-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edirdi.
Xatırladaq ki, İlham Mirzəyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndisdir.
1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini, 2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini, 2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini olub.
Azərbaycan Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edirdi.
Azərbaycan Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, 2 övladı var.