Təbiət Elmləri İctimai Birliyi tərəfindən “Megafun” Əyləncə Mərkəzi və “Azure” Biznes Mərkəzinin təşkilatçılığı ilə     5-7 iyun tarixlərində təbiətin və geoloji tapıntıların daha yaxından öyrənilməsi məqsədilə maarifləndirici sərgi keçiriləcək.

Ardını oxu...


Səbail rayonunda “Dostluq Parkı” adlanan ərazidəki sahibsiz villalarla bağlı açıqlama və söküntü işləri parklarda tikinti məsələsini də gündəmə gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev sözügedən parkdakı villalardan danışdıqdan sonra parkda yaşıllıq salınacağı məlum olub. Bildirilir ki, dövlət başçısının göstərişi ilə sökülən dəbdəbəli villaların yerində yaşıllıqlar salınacaq. Artıq həmin ərazidə işlərə də başlanılıb. Yəni park tezliklə əvvəlki vəziyyətinə qayıdacaq. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən dəbdəbəli villaların yerində ağaclar əkiləcək.

Qeyd edək ki, Binəqədidə baş verən yanğın hadisəsindən sonra ölkə başçısının həmin ərazinin məmurlar tərəfindən zəbt edildiyini açıqlaması geniş müzakirələrə yol açıb. Zəbt olunmuş ərazidə milyonlarla qiymətə başa gələn villalar tikilib. Aparılan araşdırmalar zamanı həmin villaların kimə məxsus olduğu üzə çıxmayıb. Prezidentin məlum çıxışından sonra villaların sahibləri yoxa çıxıblar. Maraqlıdır ki, həmin villaların kimə məxsus olmasından nə Bakı Şəhər İcra Hakimiyyəti başçısının, nə də Səbayel Rayon İcra Hakimiyyətinin xəbəri olub. Bu arada isə məlum olub ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayon ərazisindəki parkda özünə villa tikdirib. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kiçik parkda icra başçısının özünə villa tikdirdiyi bildirilir.

Teleqraf.az-a daxil olan məlumata görə, 107 saylı MİS-in qarşısındakı kiçik parkı X.İsgəndərov vəzifəyə gələndən az sonra zəbt edib. Park M.Aslanov küçəsində, 284 nömrəli orta məktəblə 11 və 12 saylı binaların arasında yerləşir. Sakinlərin ciddi etirazlarına, müxtəlif yerlərə şikayətlərinə baxmayaraq, X.İsgəndərov bu balaca parkın yarısında özünə villa tikib. Tikintisi başa çatmaqda olan villanın tikintisinə özü şəxsən və həmçinin, yenicə həbs olunmuş müavini Ədalət Rəcəbov nəzarət edib. Parkın tikintisinə 2012-ci ildə başlandığı bildirilir. Binəqədidə binanın yanmasından sonra tamamlanma işləri yarımçıq qalıb.

“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihənin icrasına başlayıb. “Dövlətin din siyasətinin təbliği: Kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” adlı layihənin məqsədi dini dəyərlərin Azərbaycan toplumunda təbliğinin hansı əsaslar üzrə aparılmasını araşdırmaq, son illərdə dövlətin geniş vüsət almış din siyasətini müxtəlif vasitələrlə ictimaiyyətə çatdırmaqdır. 

Ardını oxu...

Xəbər lenti