|
“Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə ictimai birliyi “Azərbaycan İmperatorluğu (14.08)” adlı layihə həyata keçirdilər.
Teleqraf.az xəbər verir ki, Layihə çərçivəsində məktəblilər və gənclər Tarix Muzeyində “Şah İsmayıl” sərgisini ziyarət etdilər, həmçinin tədbir keçirildi. Tədbiri layihə rəhbəri Sədulla Nuriyev açdı. “Azərbaycan İmperatorluğu Günü” barədə məlumat verən layihə rəhbəri 14.08 tarixinin seçilməsinin simvolik olaraq 1408-ci ildə Azərbaycanda Qaraqoyunlu yəni Baharlı sülaləsinin hakimiyyətə gəlməsi ilə əlaqədar olduğunu açıqladı. Bundan əlavə 1925-ci ilə qədər davam türkman sülalələrinin hakimiyyətdə olmasını nəzərə çatdıran Sədulla Nuriyev bütün bu sülalələrin ayrı-ayrı dövlətlər deyil bir dövlətdə hakmiyyətə gəlmiş müxtəlif sülalələr olduğunu və bunları bu formada öyrənməyin və təbliğ etməyin vacibliyini qeyd etdi.
Daha sonra məktəblilər və gənclər öz bacarıqlarını nümayiş etdirdilər. Nağdalıyev Ləman Şah İsmayıl Xətaiyinin gəraylısını söylədi. Atakişiyeva Sevil toxuduğu Səfəvi sülaləsinin bayrağını, Rzayeva Fatimə çəkdiyi sülalələrin bayraqlarını, Hacıyev İsmayıl isə “Ağa Məhəmməd Şah Qacar” rəsmini tədbir iştirakçılarına təqdim etdilər. Layihə çərçivəsində fərqlənənlər diplomla təltif olundu.
Anar Rəsul