Teleqraf.az xəbər verir ki, Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, hakim Yeni Azərbaycan Partiyasında bu gün partiyanın namizədləri ilə görüş keçirilib və onların keçiriləcək 1 noyabr seçkiləri öncəsi bir sıra suallarına YAP rəhbərliyi tərəfindən aydınlıq gətirilib.

Ardını oxu...

Sentyabrın 29-da Bakının Nizami rayon Məhkəməsində ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun "Yeni Müsavat" qəzetinə qarşı iddiasına baxılıb. Hakim Rəfayel Əliyevin sədrliyi ilə keçən prosesdə hakim çəkilişə icazə verməyib. Musavat.com-un xəbərinə görə, hazırlıq iclasında qəzeti hüquqşünas Vaqif Hüseyn təmsil edib. O, bildirib ki, iddianı qəbul etmir: "Bu, söz azadlığının pozulmasıdır". Həmçinin, iddiaya səbəb olan yazılarda adı çəkilən və məhkəməyə verilən vətəndaş Cavanşir Musayev də iddianı qəbul etmədiyini bildirib.

Ardını oxu...


ABŞ səfiri Robert Sekuta Şəki şəhərinə (Bakıdan 352 kilometr şimal-qərb) səfərinin yekunları ilə bağlı səfirliyin saytında iki qeydlə çıxış edib. Səfirin “Azərbaycan Mədəniyyət Qoruğu haqqında qeydlər” və “Dini tolerantlıq haqqında qeydlər” adlanan çıxışları ABŞ səfirliyinin rəsmi saytında dərc edilib.

Ardını oxu...

Suriyalı qaçqınlara qapılarını açan rəsmi Berlin bunun üçün onların qarşısına qeyri-humanist şərt qoyur. ANS PRESS-in “Haber7.com” saytına istinadən verdiyi məlumata görə, Almaniya kansleri Anqela Merkelin məxfi göstərişi ilə ölkəyə daxil olan və burda yaşamaq istəyən müsəlman qaçqınların qarşısına xristian olmaq şərti qoyulub. Çıxılmaz vəziyyətqə qalaraq bu şərti qəbul edən suriyalıların olması almanları cəsarətləndirib. Bu barədə danışmaq istəyən qaçqınlar isə almanların hədə-qorxusu ilə üzləşirlər.

Ardını oxu...


“İllər öncə təqaüdə çıxdım. Lakin bütün kəşfiyyatçılarda olduğu kimi biz də xəbərləşir və dünyadakı proseslərlə maraqlanırıq. Bir məqamı vurğulayacaq. Bu gün Türkiyə sürətlə böyüyür, Avropa, Balkanlar, xüsusilə Orta Şərqdə, hətta Afrikada güclənir. Bunu başda israil olmaqla, Avropa ölkələri qəbul edə bilmir”.

Ardını oxu...

Xəbər lenti