|
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figən Yüksəkdağ parlament seçkiləri üçün Vanda aparılan təbliğat kampaniyasında sensasiyalı açıqlaması ilə yadda qalıb.
Axar.az xəbər verir ki, Yüksəkdağ çıxışında vanlılara muxtariyyət söz verib. O, həmçinin bunları da qeyd edib:
“Xalqımız öz idarəetmə sistemini yeni həyatın və yeni demokratik Türkiyənin təməli olaraq inşa edir. Vanda da “özümüz özümüzü idarə etməliyik” deyərək iradəmizə sahib çıxmalıyıq.”