|
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışında Suriya böhranının həllində açar mövqedə olan ölkələrin adlarını açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin baş katibi Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, İran və Türkiyənin böhranın həllində açar mövqedə olduğunu bildirib.
“Bu ölkələrdən birinin razılaşmaya müsbət baxmadığı müddətdə, hansısa dəyişikliyi gözləmək faydasızdır”, - Pan Gi Mun deyib.