ŞUŞA, 13 iyun. TELEQRAF

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin rəqabət qurumları birgə kommünike qəbul ediblər.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, sənəd TDT-yə üzv ölkələrin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu çərçivəsində imzalanıb.

Sənədi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Özbəkistanın Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Qırğızıstanın Antiinhisar Tənzimləmə Xidməti sədrinin müavini Nurjan Kadirbekova və Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov imzalayıblar.