BAKI, 12 dekabr. TELEQRAF
Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarımçıq qalmış işlər tamamlanacaq.
Teleqraf xəbər verir ki, bu məqsədlə “Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi “HOVERS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə əsasən, görüləcək işlər üçün “HOVERS GROUP” MMC-yə 7 milyon 598 min 114,88 manat ödəniləcək.
Qeyd edək ki, layihə üzrə işlərin 2028-ci ilin may ayına qədər başa çatdırılması planlaşdırılır.
Məlumat üçün bildirək ki, “HOVERS GROUP” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 min 720 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.