BAKI, 10 dekabr. TELEQRAF

Bakı Dövlət Universitetinin Qazanxana binasının və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə dayandırılmış tikintisi davam etdiriləcək.

Teleqraf xəbər verir ki, univeristet bunun üçün 10 milyon 150 min 903 manat vəsait xərcləməyi planlaşdırır.

Sözügedən işlərin icrasına Bakı Dövlət Universiteti nəzarət edəcək.

Qeyd edək ki, universitet 2020-ci ildə “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binasının texnoloji otaqlara və tədqiqat sahələrinə dair texnoloji layihələndirilməsi məqsədilə "Sosial-İnkişaf Layihə" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 118.500 manatlıq, 2023-cü ildə isə yenə həmin şirkətlə Mərkəzin binasında texnoloji otaqlara və tədqiqat sahələrinə dair texnoloji layihələndirmənin aparılması işləri üzrə layihə sənədlərində söküntü işlərinin hesablanması və binanın daxili kommunikasiya layihələrinin yenidən işlənməsi üçün 36.499,76 AZN-lik müqavilə imzalamışdı.